"Roma"nın yeni baş məşqçisi bəlli oldu

"Atalanta"dan ayrılan Can Pyero Qasperininin yeni iş yeri məlum olub.

Newsport.az xəbər verir ki, italyan məşqçi "Roma"nı çalışdıracaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Paytaxt klubu Qasperini ilə anlaşıb.Yaxın günlərdə 67 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Roma" müqaviləsi başa çatan baş məşqçi Klaudio Ranyeri ilə yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right