"Mançester Yunayted"in kapitanından ərəblərə rədd cavabı

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının təklifini rədd edib.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanının klubu yarımmüdafiəçiyə yüksək maaşla müqavilə təklif edib. Buna baxmayaraq, Bruno Fernandeş karyerasını Avropada davam etdirmək istəyir. O, artıq məsələ ilə bağlı yekun qərarını verib.

Qeyd edək ki, ötən mövsüm Fernandeş bütün turnirlərdə 57 oyun keçirib, 19 qol vurub və 20 məhsuldar ötürmə verib. Brunonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right