"Barselona"nın hücumçusu Robert Levandovski komanda yoldaşı Lamin Yamal haqqında danışıb.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, 17 yaşlı forvardın "Qızıl top"u qazana biləcəyini deyib:
"Əlbəttə, onun şansı var. Yamal "Qızıl top"u qazana bilər. Amma məsələ ondadır ki, çox şey bu il "Qızıl top"un verilməsi qaydalarından asılıdır. Qaydalar daim dəyişir".
Qeyd edək ki, 2024/2025 mövsümündə Yamal bütün turnirlərdə 55 matça çıxıb, 18 qol vurub və 25 məhsuldar ötürmə verib.