Qvardiola qapıçıları qalmağa razı saldı

“Mançester Siti” əsas qapıçılarının ikisini də heyətdə saxlayacaq. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib.

Newsport.az xəbər verir ki, ispan çalışdırıcı çoxsaylı təkliflərə baxmayaraq, Edersonu qalmağa razı saldıqlarını bildirib: “Stefan Orteqa da heç yerə getmir. Hər ikisi ilə danışdım, onlara güvəndiyimi bildirdim. Yeni dönəmə başlayarkən qapının etibarlı olmasını istəyirəm. Onlar mənimlə razılaşıb qalacaqlarını dedilər”.

Xatırladaq ki, xüsusilə Edersonun komandadan ayrılmaq ehtimalı böyük idi. Onu Səudiyyə Ərəbistanının br neçə klubu istəyirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right