"Roma"dan "Qalatasaray"a qayıdacaq

"Roma" "Qalatasaray"dan icarəyə götürdüyü Viktor Nelssonla bağlı qərar verib.

Newsport.az xəbər verir ki, A Seriyası klubu danimarkalı müdafiəçi üçün satınalma bəndini işə salmayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"a qayıdacaq.

Qeyd edək ki, "Roma" Viktor Nelssonu bu ilin fevral ayında icarəyə götürüb. Danimarka millisinin üzvü paytaxt təmsilçisinin heyətində 5 rəsmi matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right