"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Lodon təmsilçisi "İpsviç Taun"dan Liam Delapı transfer edib. Tərəflər 6 illik müqavilə imzalamaq üçün anlaşıblar.
"Çelsi" 22 yaşlı hücumçu üçün 30 milyon funt-sterlin ödəyəcək. Yaxında İngiltərə klubu transferi rəsmən açıqlayacaq.
Delap ötən mövsüm Premyer Liqada 37 matçda 12 qol vurub.