Tanınmış fransalı hücumçu Olivye Jirunun formasını geyindiyi “Los-Anceles” Klublararası dünya çempionatında çıxış edəcək.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Leon” Klublararası dünya çempionatında iştirakdan kənarlaşdırıldıqdan sonra buna icazə verilib.
Beləliklə, “Los-Anceles” futbolçularına ən azı 9,55 milyon dollar pul mükafatına zəmanət verib. Klubun təxminən 100 milyon dollar qazanmaq şansı var.
Klublararası dünya çempionatı bu il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.