”Arsenal”ın yarımmüdafiəçisi Rahim Sterlinq icarə müqaviləsi bitdikdən sonra London klubunda qalmayacaq.
Newsport.az “Daily Express”-ə istinadən xəbər verir ki, “topçular” futbolçunun çıxışından narazı qalıb, ona görə də onunla əməkdaşlığı uzatmaq istəmir.
Sterlinqin londonlularla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. 30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 28 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.