“Çelsi” yarımmüdafiəçi Moyzes Kaysedo ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə imzalamağı planlaşdırır.
Ekvadorlu futbolçunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı məlumatlar mediada bir müddətdir müzakirə olunurdu.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular yalnız indi bu məsələ ilə bağlı hazırlıqlara başlayıb. Tərəflər arasında danışıqlar yaxın vaxtlarda başlayacaq.
Kaysedo “Çelsi”yə 2023-cü ildə qoşulub və müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb.
23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda meydana çıxaraq, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.