“PSJ yırtıcı təfəkkürlə oynadı” Rio Ferdinand

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində inamlı qələbəsini şərh edib.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“İnter” finalda dayana bilmədi. Komanda parislilərin həmləsinin öhdəsindən gələ bilmədi. Luis Enrikenin yetirmələri ilk dəqiqələrdən oyunu ələ keçirdilər. Onlar aqressiv oynadılar və güclü pressinq etdilər. PSJ yırtıcı təfəkkürlə oynadı”.

PSJ – “İnter” final matçı Münhendəki “Alyanz Arena”da baş tutub. Fransa klubu rəqibini 5:0 hesabı ilə darmadağın edib. Parislilər tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right