"Şamaxı"nın futbolçusu Alfons Msanqa Tanzaniya millisinə dəvət edilib.
Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçu iyunun 3-dən 15-nə qədər CAR-da keçiriləcək KOSAFA kubokunda Tanzaniya millisinin heyətində yer alacaq.
İyunun 6-da Msanqanın şərəfini qoruduğu komanda CAR millisi ilə qarşılaşacaq.