"Real"ın hücumçusu "Yuventus"un hədəfində

"Real"ın futbolçusu Endrik karyerasını İtaliyaa A Seriyasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Yuventus" braziliyalı forvardı heyətinə qatmaq istəyir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Turin klubu Endriki icarəyə götürməyi planlaşdırır. Madrid təmsilçisində az forma şansı qazanan 18 yaşlı hücumçu "Yuventus"a keçməyə isti yanaşır.

Qeyd edək ki, "Real" 2024-cü ilin yayında "Palmeyras"dan edib. Braziliya millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right