"Ayaks" yeni baş məşqçisini açıqladı

"Ayaks"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, Amsterdam təmsilçisini Con Heytinqa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Ayaks" bir neçə gün öncə Françesko Farioli ilə yollarını ayırıb. Con Heytinqa isə "Liverpul"un baş məşqçisi Arne Slotun köməkçisi vəzifəsində çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right