Fernando Torres daha 2 il "Atletiko"da

İspaniyanın "Atletiko" klubu B komandasının baş məşqçisi Fernando Torreslə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi iispan mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Fernando Torres 2021-ci ildən "Atletiko"nun akademiyasında çalışır. O, ötən ilin yayında B komandasının baş məşqçisi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right