"Zenit" "Fənərbaxça"dan icarəyə Oqnen Mimoviçi geri qaytarıb.
Newsport.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı futbolçunun icarə müqaviləsinin müddəti başa çatıb. 20 yaşlı sağ cinah müdafiəçisi "Fənərbaxça"ya qayıdıb.
Qeyd edək ki, "Zenit" Oqnen Mimoviçi bu ilin fevral aayında icarəyə götürmüşdü. Serbiya millisinin üzvü Sankt Peterburq təmsilçisinin heyətində 6 rəsmi matçda iştirak edib.