"Beşiktaş" norveçli yarımmüdafiəçini transfer etmək istəyir

"Budo Qlimt"in kapitanı Patrik Berq Türkiyə Super Liqasında çıxış etməyə yaxındır.

Newsport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" norveçli yarımmüdafiəçisi transfer etmək istəyir. İstanbul klubu Berq üçün "Budo Qlimt"lə danışıqlar aparır. 27 yaşlı oyunçu özü Türkiyəyə yollanmağa isti yanaşır.

Qeyd edək ki, Patrik Berq "Budo Qlimt"in yetirməsidir. Norveç millisinin üzvü bu mövsüm "sarı-qaralar"ın heyətində keçirdiyi 30 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right