İspaniya La Liqasında VAR sisteminə görə əziyyət çəkən klublar açıqlanıb

2024/2025 mövsümündə İspaniya La Liqasının oyunlarında Video Köməkçi Hakim (VAR) sisteminin müdaxiləsi ilə bağlı araşdırma aparılıb.

Newsport.az AS-a istinadən xəbər verir ki, "Real" və "Alaves"in VAR-dan ən çox əziyyət çəkən klublar olduğu bildirilib.

Hakimlər mövsüm ərzində hər iki kollektivə qarşı 16 dəfə qərarlarını dəyişiblər. Onlar müvafiq olaraq 9 və 8 dəfə müsbət qərarlara seviniblər.

"Barselona" VAR müdaxiləsindən sonra müsbət qərarların sayına görə liderdir. Kataloniya təmsilçisinin lehinə 16, əleyhinə 7 qərar çıxarlıb.

Ədalət təmsilçiləri ən çox "Real"ın qollarının (8 dəfə) qeydə alınmasına imkan verməyiblər.

Qeyd edək ki, "Barselona" 88 xalla La Liqanın qalibi olub. "Real" mövsümü 84 xalla ikinci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right