“Fatih Karagümrük” yenidən Super Liqada

2025/2026 mövsümündə Türkiyə Super Liqasında çıxış edəcək son komandanın adına aydınlıq gəlib. Bu hüququ “Fatih Karagümrük” əldə edib.

İstanbul təmsilçisi pley-off finalında “Bandırmaspor”la qarşılab. Komanda əlavə vaxtda 3:1 hesabı ilə qalib gələrək, bir mövsümdən sonra Super Liqaya geri dönüb.

Qeyd edək ki, bundan əvvəl “Kocaelispor” və “Gənclərbirliyi” ilk iki vəsiqəyə sahib olmuşdular. Növbəti mövsümdə Super Liqaya 18 klub mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right