“Barselona”nın və Argentina millisinin futbolçusuna 1 illik həbs cəzası verildi!

"Barselona”nın futbolçusu Xavier Maskeranoya 1 illik həbs cəzası verilib.  

Newsport.az saytının məlumatına görə, buna argentinalı futbolçunun vergidən yayınması səbəb olub.
 
Lakin futbolçu 815 min avrosundan keçərək, cəzadan canını qurtara bilib. Belə ki, İspaniya qanunlarına görə, şiddət tətbiq olunmayan və müddəti 2 ildən az olan həbs cəzalarını pul cəriməsi ilə əvəzləmək olur. Maskerano da qanundan yararlanıb.
 
Qeyd edək ki, Maskerano vergidən yayınmaq üçün 2011/12-ci illərdə sponsorluq anlaşmasından qazandığı pulları Portuqaliyada bir şirkətin qazancı kimi göstərmişdi. Həmin məbləğin 1,7 milyon avro olduğu bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right