Fernando Muslera 14 il soonra "Qalatasaray"ı tərk edir.
Newsport.az xəbər verir ki, uruqvaylı qolkiper bu gün təşkil etdiyi mətbuat konfransında qərarını açıqlayıb.
Muslera sabah Super Liqanın 38-ci turunun "Başakşehir"lə matçında sonuncu dəfə "Qalatasaray" forması geyinəcəyini bildirib.
Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ildə "Latsio"dan transfer edib. 38 yaşlı qapıçı bu müddət ərzində "sarı-qırmızılar"ın heyətində 550 oyunda meydana çıxıb.