İtaliyanın "Latsio" klubu Mauritsio Sarrini yenidən baş məşqçi postuna gətirmək istəyir.
Newsport.az-ın “Sky Sport Italia”ya istinadən məlumatına görə, klub 65 yaşlı mütəxəssisə hər mövsüm üçün 2,8 milyon avro maaş qarşılığında 2027-ci ilə qədər müqavilə təklif edib.
Roma klubu müqavilə müddəti 2026-cı ilə qədər olan hazırkı baş məşqçi Marko Baroni ilə yaxın günlərdə yolları ayırmaq istəyir.
Qeyd edək ki, M.Sarri daha əvvəl də “Latsio”nu (2021-2024) çalışdırıb. O, 2024-cü ildə klubdan ayrıldıqdan sonra işsizdir.