"Barselona" Lamin Yamaldan sonra daha bir yetirməsinin mmüqaviləsini uzadacaq.
Newsport.az xəbər verir ki, ispaniya çempionu Mark Bernalı uzun müddət komandada saxlamaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klub yaxın günlərdə 18 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.
Qeyd edək ki, Mark Bernal ötən mövsümün əvvəlində "Barselona"nın əsas komandasına cəlb olunub. İspaniya U-17 millisinin üzvü Katalonniya təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.