Alonso onu “Real”da görmək istəyir

“Real” “Arsenal”ın əsas transfer hədəfi olan “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendini almaq istəyir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun yeni baş məşqçisi Xabi Alonso komandadan ayrılan Luka Modriçi əvəz edə biləcək oyunçunun transferində israrlıdır.

Daha əvvəl “Arsenal” Subimendinin transferi üçün 60 milyon avroya satın alma maddəsi ilə razılaşıb.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 48 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right