“Ayaks”ın italiyalı baş məşqçisi Françesko Farioli komandanın çempionatın son mərhələsindəki uğursuz çıxışından sonra vəzifəsindən azad olunub.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Amsterdam klubunun rəhbərliyi boş qalmış posta əvvəllər “Ayaks”ı çalışdırmış Erik ten Haqın namizədliyini nəzərdən keçirsə də, o, artıq Leverkuzen “Bayer”i ilə əməkdaşlığa başlayıb.
Belədə, digər bir potensial namizədə – “Ayaks”ın sabiq oyunçusu və hazırda Niderlandın U-21 millisinin baş məşqçisi Mikael Raytsigerə təklif göndərilib. Ancaq Raytsiger gənclər yığması ilə müddəti 2027-ci ilə qədər olan müqaviləsinin olduğunu əsas gətirərək, bu təklifi rədd edib.
Beləliklə, “Ayaks” rəhbərliyi axtarışları davam etdirir və yeni baş məşqçi məsələsində müxtəlif variantları qiymətləndirir.