“Arsenal”dan ayrılan futbolçu: “Başım dik gedirəm”

Braziliyalı yarımmüdafiəçi Jorjinyo “Arsenal”dan ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Braziliyalı futbolçunun müqaviləsinin müddəti başa çatıb və o, klubla vidalaşmağa qərar verib:

“Vida zamanı gəldi. Ayrılıqlar heç vaxt asan olmur, amma “Arsenal”dan başım dik gedirəm”.

Jorjinyo 2023-cü ilin yanvarından etibarən “topçular”ın heyətində çıxış edirdi və ümumilikdə 79 oyunda meydana çıxıb. O, son mövsümdə isə baş məşqçi Mikel Artetanın planlarına daxil edilməyib.

Mətbuatda yayılan xəbərlərə görə, 33 yaşlı yarımmüdafiəçi karyerasını “Flamenqo”da davam etdirə bilər.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right