“Barselona” yeni qapıçı ilə 5 illik müqavilə bağlayacaq

“Barselona” “Espanyol”un qapıçısı Xuan Qarsiyanın nümayəndələri ilə razılığa gəlib.

Newsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Tərəflər beş illik müqavilə və İspaniya millisindəki çıxışa görə əlavə bonuslar barədə razılıq əldə ediblər. Hazırda sözləşmə Qarsiyanın son təsdiqini gözləyir.

24 yaşlı futbolçu Avropanın bir sıra klublarından təkliflər alıb. Onların arasında “Arsenal”, “Nyukasl”, “Aston Villa”, “Napoli”, “İnter” və Leverkuzen “Bayer”i var. O, yekun qərarını yaxın həftəsonu agentləri ilə keçirəcəyi görüşdən sonra verəcək.

“Barselona” həmçinin, Qarsiyanın transferi üçün “Espanyol”a təxminən 25 milyon avro təzminat ödəməyə hazırdır.

İspaniyalı qolkiper cari mövsümdə 38 oyunda iştirak edib, 51 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, La Liqada qurtarışların sayına görə (146) liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right