"Qarabağ"ın qapıçısı milliyə dəvət edilməsi haqda: "Şokdayam, bunu gözləmirdim"

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət olunmasını şərh edib.

Newsport.az xəbər verir ki, millinin çalışdırıcısı Mixal Probeja onu siyahıya daxil edib. Polşa millisi Moldova ilə yoldaşlıq oyunu (6 iyun) və Finlandiya ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin (10 iyun) görüşünə çıxacaq.

“Kanal Sportowy” portalına açıqlama verən Koxalski milliyə dəvət edilməsi haqda bunları deyib: “Düzünü desəm, bunu gözləmirdim. Məşqçi Anjey Davidyuk mənə zəng etdi. Mən çox xoş təəccüb içində idim. Şokdayam. Debüt etmək imkanım olsa, şad olardım. Amma təbii ki, bunun nə qədər çətin olacağını bilirəm. Ümid edirəm ki, məşqdə sadəcə qapıçı olmayacam, amma belə olsa da, Koxalski buna etiraz etməzdim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right