"Barselona" Yamalla 6 illik müqavilə bağladı

Lamine Yamal və “Barselona” altı illik yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, 17 yaşlı cinah hücumçu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində sənədləri “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekonun iştirakı ilə imzalayıb.

Lamin 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi (assist) edib

Gənc futbolçu artıq komandanın əsas oyunçularından biri sayılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right