"Arsenal" "Atletiko"nun hücumçusu Xulian Alvarezi transfer etməyi planlaşdırır.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "topçular" aregntinalı üçün hərəkətə keçib.
London təmsilçisi Alvarezə görə 80 milyon avro təklif edib.
"Atletiko"nun bu təklifə hansı cavab verəcəyi dəqiq deyil.
25 yaşlı forvardı ötən ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 54 rəsmi matçda 29 qol, 7 assistlə yadda qalıb.