Polşanın "Lex" klubunun hücumçusu Mikael İshak yeni avrokubok mövsümündən gözləntilərdən danışarkən Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:0, 1:5) da xatırlayıb.
Newsport.az xəbər verir ki, Polşanın “Gol24” portalına danışan təcrübəli hücumçu bunları deyib:
“3 il əvvəl "Qarabağ"a məğlubiyyətin revanşını almaq istəyi varmı? Revanş deməzdim, amma biz mütləq ki, o vaxtdan daha da irəli getmək istəyindəyik. Üç il əvvəl "Qarabağ"la düşəndə, onlar qarşılaşa biləcəyimiz ən güclü rəqib idi. Demək olar ki, ən güclü rəqib bizə düşmüşdü. İndi yenə püşkdən çox şey asılı olacaq. Amma biz mütləq daha da irəli getmək istəyirik”.