“Real”ın ikinci komandası olan “Kastilya”nın baş məşqçisi Raul Qonsales klubdan ayrılıb.
Newsport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Açıqlamada bildirilib ki, "Real" klubun əfsanəsinə çevrilən keçmiş hücumçunun evi olaraq qalır və hər zaman qapıısı onun üzünə açıqdır.
Raul Qonsales 2019-cu ildən “Kastilya”nın baş məşqçisi idi Onu "Real"ın U-19 komandasını çalışdıran digər sabiq komanda yoldaşı Alvaro Arbeloanın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, 47 yaşlı Raul 1994-2010-cu illərdə "Real"da çıxış edib. O, bu müddətdə 550 oyuna 228 qol vurub.