İspaniya millisinə “Real”dan bir oyunçu belə çağırılmadı

Bu gün İspaniya millisinin UEFA Millətlər Liqasının həlledici oyunları üçün heyəti açıqlanıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Luis de la Fuente komandaya 15 fərqli klubdan 26 oyunçu çağırıb. Maraqlıdır ki, heyətdə Madrid “Real”ının bir futbolçusu belə yer almayıb. 

Əvəzində Kataloniya “Barselona”sının altı futbolçusu komandaya çağırılıb.

Bunlar Lamin Yamal, Qavi, Dani Olmo, Pedri, Fermin Lopes və Pau Kubarsidir. 

Millətlər Liqasının yarımfinalında İspaniya yığması Fransa ilə qarşılaşacaq. Oyun 5 iyunda keçiriləcək. Bu cütün qalibi 8 iyun tarixində Almaniya və ya Portuqaliya ilə finalda qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right