Paşayevin komandası Kiyev Dinamosuna darmadağın oldu

Ukrayna çempionatında 16-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.

Zaporojye klubu doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.

Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right