"Levante" La Liqaya yüksəlib.
Newsport.az xəbər verir ki, 41-ci turda komanda səfərdə "Burgos"u 3:2 hesabı ilə məğlub edərək 76 xal toplayan "Levante" bir tur qalmış artıq ikinci yerdən aşağı düşməyəcəyini təmin edib.
Beləliklə, Valensiya təmsilçisi növbəti mövsüm üçün La Liqaya vəsiqə qazanıb. Klub üç il Segendada oynadıqdan sonra elitaya qayıdır