Eddi Xau "Nyukasl"ın Çempionlar Liqasına çıxışını dəyərləndirib.
Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümün yekununda "Nyukasl" 66 xal toplayaraq 5-ci yeri tutub. 38-ci turda komanda "Everton"a 0:1 hesabı ilə uduzub. Matçdan sonra Xau bunları qeyd edib:
"Bu, əla hissdir. Təbii ki, məğlub olanda məyusluq olur, amma düşünürəm ki, bu hissi 38 oyunun nəticəsində turnirdə iştirak haqqı qazanmağımız üstələyir. Bu, böyük nailiyyətdir və klub üçün çox vacib andır."