“Real Madrid” kubokdan rəsmən kənarlaşdırıldı!

Madrid "Real”ının İspaniya Kral Kuboku çərçivəsində III Liqa təmsilçisi "Kadiz”lə matçda cəzalı futbolçusu Denis Çerişevi oynatmasından xəbərdarsınız.  Məhz bu qayda pozuntusuna görə, "Real Madrid”in kubokdan kənarlaşdırılacağı gözlənilirdi.
Newsport.az-ın məlumatına görə, Federasiya olayla bağlı rəsmi qərarını açıqlayıb.  Aparılan araşdırmadan sonra Çerişevin cəzalı olması və bu haqda  "Real Madrid”ə xəbərdarlıq olunması bəlli olub.  Nəticədə Madrid  klubunun Çerişevi bilərəkdən (bilməyərəkdən) oynatması bəlli  olub. 
Federasiyanın qərarına əsasən Madrid "Real”ı kubokdan rəsmən uzaqlaşdırılıb. 
Qeyd edək ki, "Real Madrid” – "Kadiz” matçı "Real”ın 3-1 hesablı qələbəsi ilə başa çatmışdı. Çerişev matçın 3-cü dəqiqəsində "Real”ı önə keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right