“Napoli”nin baş məşqçisi Antonio Konte yenidən “Yuventus”a qayıda bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu italiyalı mütəxəssisi baş məşqçi postu üçün əsas hədəf kimi müəyyənləşdirib. Ona 2028-ci ilə qədər olan müqavilə də təklif olunub.
Konte 2011-2014-cü illər arasında “Yuventus”da çalışıb və komandanın gələcək dominantlığının əsasını qoyub. O, 2014-cü ildə rəhbərliklə münaqişəyə görə klubla yollarını ayırıb.
55 yaşlı mütəxəssisin tək bir mövsümdən sonra “Napoli”dən ayrılmağa hazır olub-olmayacağı sual altında qalır. Onun bu mövsüm çempionluq yaşadığı Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.