“Eyüpspor”un baş məşqçisi Arda Turan klubdan ayrıldığını açıqlayıb.
Newsport.az.az “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə mütəxəssis Türkiyə Super Liqasının 37-ci turunda “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. O deyib:
“Bu, mənim “Eyüpspor”dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Bütün “Eyüpspor” icmasına təşəkkür edirəm”.
Qeyd edək ki, Arda Turan 2023-cü ildən “Eyüpspor”u çalışdırırdı. Daha öncə mətbuatda onun Ukraynanın “Şaxtyor Donetsk”i ilə razılaşması ilə bağlı xəbərlər yayılmışdı.