“Real”dan ayrılan yarımmüdafiəçi Luka Modriç İtaliya çempionatına keçə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” xorvatiyalı futbolçunu transfer etməkdə maraqlıdır. İtaliyalılar yarımmüdafiəçini azad agent kimi transfer edə bilər.
Modriç 2012-ci ildən “Real”da çıxış edib. O Madrid klubu ilə birlikdə 6 dəfə Çempionlar Liqasının qalibi və 4 dəfə İspaniya çempionu olub. 39 yaşlı futbolçu son mövsümdə La Liqada 35 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.