Fransa kubokunun 2024/25 mövsümünün qalibi müəyyənləşib.
Newsport.az xəbər verir ki, PSJ finalda “Reyms”i 3:0 hesabı ilə məğlub edərək 16-cı dəfə ölkə kubokunu qazanıb.
Qarşılaşma Parisin “Stad de Frans” stadionunda baş tutub. Matçın əsas qəhrəmanı Bredli Barkola olub, fransız 2 qol vurub və məhsuldar ötürmə edib. Digər qolu Əşrəf Hakimi vurub.
Xatırladaq ki, bundan əvvəl Luis Enrikenin komandası Liqa 1-in də qalibi olmuşdu.
Fransa Kuboku
Final
24 may
PSJ – Reyms 3:0
Qollar: Barkola, 16; 19. Hakimi 43.