Almaniya kubokunda 2024/2025 mövsümünün final matçı keçirilib.
Newsport.az xəbər verir ki, Berlində təşkil olunan həlledici oyunda “Ştutqart” və “Arminiya” qarşılaşıb.
Sürpriz şəkildə finala yüksələn 3-cü Bundesliqa təmsilçisi “Arminiya” bu dəfə məğlub olub. “Ştutqart” 4:2 hesabı ilə üstün olub. Şvabiyalılar tarixdə 4-cü dəfə Almaniya kubokunu qazanıblar. “Arminiya” isə yüksəldiyi ilk finalda məğlubiyyət acısı yaşayıb.
Almaniya Kuboku
Final
24 may
Arminiya – Ştutqart 2:4
Qollar: Kania, 82. Vaqnoman, 85-öz qapısına – Voltermade, 15. Millot, 22; 66. Undav, 28.