ÇSKA-nın qapıçısı İqor Akinfeev cərimə meydançasında mübahisəli epizodlar zamanı VAR hakimlərinin futbol qaydalarını anlaşılmaz şərh etmələrinə münasibətindən danışıb.
Newsport.az xəbər verir ki, təcrübəli qolkiper hakimlərin VAR epizodları zamanı gec qərar verməklərinə də toxunub:
"Bütün kameraları olan VAR sistemində epizod yüz dəfə nəzərdən keçirilir. Düşünürəm ki, bu həm futbolçuları, həm də azarkeşləri qıcıqlandırır. Məsələn, “Dinamo” – “Spartak” matçında elə an olub ki, asmadan sonra top ələ dəyib. Qaydaların şərhini, uzadılan əlin prinsipcə necə izah edildiyini başa düşmürəm. Düşünürəm ki, tezliklə qapıçıların da əllə oynaması qadağan ediləcək (gülür)”.
ÇSKA hazırda 29 turdan sonra 56 xalla Rusiya Premyer Liqasında turnir cədvəlində 3-cü pillədədir.