"Nottingem Forest” “Sky Sports”un eksperti Harri Nevillin Premyer Liqanın 38-ci turunun “Çelsi” ilə görüşündə stadiona girişini qadağan edib.
Newsport.az xəbər verir ki, buna səbəb veteran futbolçunun “Nottingem Forest”i tənqid etməsidir. Klub onu akkreditasiya etməyib və qərarlarını ekspertin "qərəzli münasibəti", komandanı dəfələrlə ictimai tənqid etməsi ilə izah ediblər.
Harri məsələ haqda “Daily Mail”ə danışıb: “Ora getməkdən imtina etməkdən başqa çarəm qalmadı. 14 illik işimdə belə hal heç vaxt baş verməmişdi. Möhtəşəm klubun bu yerə gəlib çıxması məyusedicidir”. Nevill daha əvvəl “Nottingem Forest”in sahibi Evangelos Marinakisi “Lester”lə 2:2 hesablı heç-heçədən sonra meydançaya çıxması və baş məşqçi ilə mübahisə etdiyi üçün sərt şəkildə tənqid etmişdi. Sky Sports mütəxəssisi dəstəkləsə də, sərt dilə görə klubdan üzr istəyib.