İtaliya A seriyasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, bu ada "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey layiq görülüb.
28 yaşlı yaşlı futbolçu 34 matçda 12 qol vurub və 6 asist edib.
Şotlandiya millisinin üzvünün "Napoli" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, "Napoli" son turda "Kalyari"ni məğlub edərək İtaliya A seriyasının çempionu adını qazanıb.