İtaliya A Seriyasında mövsümün qalibi bəlli oldu

İtaliya A Seriyasında mövsümün sonuncu-38-ci turunun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, son turda doğma meydanda "Kalyari"ni qəbul edən "Napoli" 2:0 hesablı qələbə qazanaraq liqada çempion olmağı bacarıb. Belə ki, "İnter" son tura qədər çempionluq şanslarını saxlasa da, bu turda "Komo"nu 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq liderdən 1 xal geridə olaraq 2-ci pillədə qərarlaşıb.

Bu, "Napoli" üçün son üç mövsümdə ikinci, ümumilikdə isə dördüncü çempionluğudur. Komanda əvvəlki çempionluğu 2023-cü ildə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right