Kristian Pulişiç İtaliyada qalacaq. “Milan” ABŞ yığmasının üzvü ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Newsport.az xəbər verir ki, 26 yaşlı xorvat əsilli amerikalının çıxışı klub rəhbərliyini qane edir. Komandanın uğursuzluğuna baxmayaraq, cinah hücumçusu sabit oyunu ilə yadda qalıb. Bu səbəbdən ona daha yaxşı maliyyə şərtləri olan yeni anlaşma təklif edilib.
Tərəflər müzakirələrə davam edir, rəsmi imza mərasimi yay fasiləsinə planlaşdırılıb. İki il öncə “Çelsi”dən 21 milyon avroya transfer edilən Pulişiçlə hazırkı müqavilənin müddəti 2027-ci ilin iyununda bitir. Tərəflər onu daha 3 il uzatmaq niyyətindədir.