Erik ten Haq tezliklə yeni işə başlayacaq. Ötən ilin oktyabrında iki il çalışdığı “Mançester Yunayted”dən qovulan mütəxəssis cəlbedici təkliflər alıb.
Newsport.az xəbər verir ki, niderlandlının 2017-22-ci illərdə uğurlara daşıdığı “Ayaks”a dönmək ehtimalı yaranıb. Amsterdamlılar hazırda boş olan baş məşqçi postu üçün yalnız ona dəvət göndərib. Yalnız ten Haq rədd edəcəyi halda digər variantlara baxılacaq.
55 yaşlı məşqçi isə daha öncə “Bayer”lə müzakirələri yekunlaşdırmaq niyyətindədir. Leverkuzenlilər “Real”a gedəcək Xabi Alonsonun əvəzedcisi qismində məhz onu görür. Hazırda 3 illik müqavilənin detalları müzakirə edilir.