"Real" baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2026-cı ilin iyununa qədər olan müqaviləni qarşılqlı razılıq əsasında ləğv edib.
İtaliyalı mütəxəssisin yaxın günlərdə Braziliya millisinin baş məşqçisi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Ançelotti "Real"da İspaniya çempionluğunu, iki dəfə ölkə kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. O, həmçinin Madrid klubu ilə iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. Ançelottini bu vəzifədə "Bayer"dən ayrılan Xabi Alonso əvəzləyəcək.