"Barselona"nın futbolçusu Ansu Fati yayda komandadan ayrıla bilər.
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Monako" ispaniyalı vingeri heyətinə qatmaq istəyir. "Barselona" da Fatinin gedişinə isti yanaşır. La Liqa nəhəngi 22 yaşlı futbolçunu satmaq və ya icarəyə vermək variantlarını nəzərdən keçirir.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. O, bbu mövsüm Kataloniya təmsilçisinin heyətində 11 oyunda 298 dəqiqə meydanda olub.