"Santos"un cinah oyunçusu Neymar klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "ağ-qaralar” Braziliya çempionatının turnir cədvəlində autsayderdirlər.
Neymarın klubla müqaviləsi isə bu yay başa çatacaq. 32 yaşlı hücumçu "Santos"la müqaviləsini yeniləyib-yeniləməyəcəyinə hələ qərar vermədiyini deyib:
"Santos ilə müqaviləmi yeniləyəcəyəmmi?" İndi buna cavab verə bilmirəm".
Qeyd edək ki, cari mövsüm Neymar bütün turnirlərdə 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.